Deputatımız Beynəlxalq Astronavtika Konqresinə qatılacaq

Milli Məclisin deputatı Vüqar Bayramov 77-ci Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün oktyabrın 3-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki,
Səfər çərçivəsində millət vəkili kosmik təhlükəsizlik və bu sahədə tədqiqatlarla bağlı müzakirələrdə iştirak edəcək. Tədbirdə deputatımızın "Kosmos texnologiyası Azərbaycan cəmiyyəti üçün hansı dəyərli həll yolları təklif edir?" mövzusunda çıxışı nəzərdə tutulub.
Səfər oktyabrın 9-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31