Veymar üçbucağının 35 illiyində Fransa, Almaniya və Polşa səfirləri Tbilisidə görüşüblər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Veymar üçbucağının yaradılmasının 35 illiyi münasibətilə Fransa, Almaniya və Polşanın Gürcüstandakı səfirləri Tbilisidə bir araya gəliblər. Polşa səfirinin iqamətgahında təşkil olunan işçi naharda diplomatlar bu əməkdaşlıq formatının gələcəyini, regiondakı mövcud çağırışları və Gürcüstandakı birgə fəaliyyət perspektivlərini müzakirə ediblər. 

Almaniya səfirliyinin məlumatına görə, Veymar üçbucağı 35 ildən sonra da hər üç ölkə arasında dialoq və koordinasiya üçün əsas platforma olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31