Bakı–Daşkənd tandemi: Müttəfiqlikdən yeni güc xəttinə- ÖZƏL
17:15 Siyasət"Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan-Özbəkistan münasibətlərinin son illərdə strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha göstərir. Təbii ki, bu iki ölkə arasında münasibətlərin inkişafı yalnız "qardaş ölkələr arasında yaxşı münasibətlərdən" getmir. İki tərəfli münasibətlərin inkişaf dinamikasını nəzərə aldıqda görürük ki, son illərdə bu münasibətlər üçün bir hüquqi baza yaradılıb, siyasi koordinasiya mexanizmləri formalaşdırılıb, iqtisadi göstəriciləri yüksəlib, nəqliyyat və enerji layihələri genişlənib, humanitar və ictimai əlaqələr institusional xarakter alıb. Bu isə hər iki tərəfə daha daha geniş regional platformada əməkdaşlıq imkanı yaradıb". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüsalə Hüseynli deyib:
"2022-ci ildə imzalanmış Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə hər iki ölkənin qarşılıqlı siyasi bazasını yaratdı. Sənəd yalnız siyasi müstəvidə deyil, iqtisadi kooperasiya, nəqaliyyat, energetika, kənd təsərrüfatı və digər humanitar sahələri genişləndirməyi nəzərdə tuturdu. Sonrakı mərhələdə qeyd etdiyimiz kimi 2024-cü ilin 23 avqustunda Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması ilə münasibətlər artıq strateji tərəfdaşlıq çərçivəsindən daha yüksək siyasi-hüquqi səviyyəyə qaldırıldı. Azərbaycan Prezidenti də bu müqaviləni dövlətlərarası münasibətlərin "ali forması" kimi xarakterizə edib. Bu müqavilə iki ölkənin bir-birinə uzunmüddətli siyasi maraqları uzlaşdıran müttəfiq kimi yanaşmasını rəsmiləşdirdi. Bəs bu müqavilə Azərbaycana və Özbəkistana nə verdi?
İlkin olaraq onu qeyd etməliyik ki, müttəfiklik müqaviləsi ölkələrin bir birinə olan qarşılıqlı dəstəyini gücləndirdi. İkinci önəmli amil kimi iqtisadi mərhələni qeyd edə bilərik ki, siyasi münasibətlərin yüksəlməsi nəticəsində ticarət, investisiya, sənaye kooperasiyası və birgə layihələr üçün daha etibarlı və çevik mühit formalaşdı.
Hər iki ölkənin coğrafi mövqeyi baxımından mövcud olan imkanları Azərbaycan Özbəkistan arasında nəqliyat loqistika məsələlərinədə diqqət çəkir. Özbəkistanın Orta Asiyasının Mərkəzində yerləşməsi, Azərbaycanın isə Xəzər dənizi üzərindən rəsmi Daşkəndin bərpaolunan enerjisini Avropaya daşımasında verdiyi dəstək, digər tərəfdən Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji sahəsində əməkdaşlıq Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması baxımından strateji perspektiv yaradır. Bu, Azərbaycan-Özbəkistan münasibətlərini ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxararaq daha geniş regional enerji arxitekturasının bir hissəsinə çevirir.
Yuxarıda sadaladıqlarəımız fonunda bir daha vurğulaya bilərik ki, Orta Dəhlizin iki ölkənin iqtisadi maraqlarının kəsişdiyi əsas layihələrdən birinə çevrildiy artıq özünü təsdiqləyib. Azərbaycanın Orta Dəhlizlə bağlı nümayiş etdirdiyi mövqe, Özbəkistanın Mərkəzi Asiyadakı iqtisadi və geosiyasi çəkisi və hər iki ölkənin bir sıra platformalarda birgə fəaliyyəti xüsusilə, TDT və C6 platformalarında fəallığı onların əməkdaşlığını Azərbaycan-Özbəkistan münasibətlərindən daha geniş bir alana Cənubi Qafqaz-Mərkəzi Asiya bağlantısının mühüm elementi kimi görünür".