Azərbaycanın Latviyadakı səfiri geri çağırılıb, yenisi təyin olundu
12:08 SiyasətElnur İxtiyar oğlu Sultanov Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Nərminə Elsevər qızı Mustafayeva təyin olunub.
Qeyd edək ki, N.Mustafayeva 2020-ci ildən Azərbaycanın Türkiyənin İstanbul şəhərində Baş konsulu vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31