Saakaşvili silahdaşının fikirlərini “axmaqlıq” adlandırdı və müxalifəti iküzlülükdə günahlandırdı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvili silahdaşı Giya Baramidzenin bəyanatını "tam bir axmaqlıq" adlandıraraq onun insanlara daha ətraflı izahat verməli olduğunu bildirib.

Eyni zamanda, Saakaşvili hakim komandanı və müxalifətin bir hissəsini iküzlülükdə ittiham edib. O qeyd edib ki, növbəti uğurlu qurultaylarını kölgədə qoymaq üçün hakimiyyət bu bəyanatdan 10 gün sonra PR məqsədli cinayət işi açıb. Eks-prezident, həmçinin bu yaxınlaradək 5-ci prezident Salome Zurabişvilini "xilaskar" adlandırıb tərifləyən müxalifətçilərin indi onu tənqid etməsini səmimiyyətsizlik hesab edir.

Saakaşvili vurğulayıb ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi 2008-ci il müharibəsi zamanı Gürcüstan tərəfinin müharibə qanunlarını pozmadığını və dinc əhalini bombalamadığını qəti şəkildə təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31