Geosiyasi mesajlarla zəngin müsahibə- ÖZƏL
11:42 SiyasətMüsahibə Prezidentin Naxçıvandan Azərbaycana və bütün dünyaya baxışını özündə əks etdirir
"Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu qədim yurdumuzun keçmişi, indisi və gələcəyi ilə bağlı maraqlı məqamlar var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Dövlətimizin başçısının sadəcə aşağıdakı fikirləri Naxçıvanı nələr gözlədiyini təsəvvür etməyə yetir: "Nəzərə alsaq ki, Qarabağ, Şərqi Zəngəzur demək olar ki, sıfırdan qurulur və Zəngilan rayonu ilə Ordubad rayonu arasında məsafə cəmi 42 kilometrdir. Bu, faktiki olaraq vahid bir məkandır, tarixən də belə olub. Zəngəzur, Naxçıvan, Qarabağ vahid məkan olub və insanların da miqrasiyası əsrlər boyu olub. Ona görə bu böyük coğrafiyada qohum-əqrəbalar da çoxdur. Ona görə biz bunu vahid, nümunəvi bir inkişaf diyarı kimi nəzərdə tuturuq".
Ancaq burada vurğulamalıyam ki, geosiyasi mesajlarla da zəngin olan bu müsahibə, fikrimcə, əslində cənab İlham Əliyevin Naxçıvana baxışından daha çox, Naxçıvandan Azərbaycana və bütün dünyaya baxışını özündə əks etdirir.
Siyasi təhlil adətən təşbeh sevmir. Amma indi təşbehsiz ötüşmək qeyri-mümkündür. Ona görə də deməliyəm ki, ətrafımızdakı gərginliklər, hətta onların daha da arta biləcəyi fonunda bu, nikbin, inamlı və qürurlu baxışdır".