Zaxarova: Almaniya və Yaponiya nasist dövrünün müşahidə təcrübələrinə qayıdır- ÖZƏL
10:46 SiyasətRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniya və Yaponiyanın nasist dövründə tətbiq olunan müşahidə təcrübələrinə qayıtdığını iddia edib.
Olaylar.az xəbər verir ki, Zaxarova bu barədə Telegram kanalında yazıb. Onun sözlərinə görə, Tokio və Berlin Gestapo və Tokko dövrünün müşahidə üsullarını yenidən tətbiq etməyə başlayıb.
Diplomat qeyd edib ki, iyul ayında İkinci Dünya müharibəsində keçmiş Ox dövlətlərinin iki üzvü 1945-ci ildə ləğv edilmiş təcrübələrə qayıdıb.
Zaxarovanın sözlərinə görə, Almaniya Bundestaqı federal polis haqqında 1994-cü ildən bəri ən genişmiqyaslı islahatı nəzərdə tutan yeni qanun qəbul edib.
O bildirib ki, yeni qanun Bundespolisə qatar stansiyaları və hava limanlarında real vaxt rejimində üz tanıma, izdiham davranışının süni intellekt vasitəsilə təhlili, şübhə üçün əsas olmadan sənədlərin yoxlanılması, telefon danışıqlarının dinlənilməsi və dronlardan istifadə kimi əlavə səlahiyyətlər verir.