İrəvanda yeni çağırış Ermənistan parlamentinin iclası davam edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən formalaşan Ermənistan Milli Məclisinin yeni seçilmiş tərkibinin avqustun 12-də növbəti iclası keçirilir. İclas parlamentin rəhbər orqanlarının formalaşdırılmasına həsr olunub.

Ermənistan KİV-lərinin verdiyi məlumata görə, bundan əvvəl hakim "Mülki Müqavilə" partiyasından olan deputatlar Hayk Kondcoryan və Vaaqn Aleksanyan, həmçinin müxalif "Güclü Ermənistan" blokunun nümayəndəsi Aram Vardevanyan Milli Məclisin vitse-spikerləri vəzifəsinə seçiliblər.

Hazırda parlamentdə Dövlət-hüquq məsələləri üzrə daimi komissiyanın sədrinin seçilməsi məsələsi müzakirə olunur. Hakim "Mülki Müqavilə" partiyasının parlament fraksiyası bu vəzifəyə deputat Arusyak Culhakyanın namizədliyini irəli sürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31