Kaxa Kaladze: Gürcüstanda heç bir turistə milli mənsubiyyətinə görə pis münasibət bəslənilmir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze rusiyalı idman jurnalisti və bloqer Nobel Arustamayana müsahibəsində ölkənin dünyada en təhlükəsiz məkanlardan biri olduğunu və heç bir turistə - istər rus, ukraynalı, istərsə də avropalı və ya asiyalı olsun - milli mənsubiyyətinə görə pis münasibət göstərilmədiyini bildirib. Şəhər rəhbərinin sözlərinə görə, xaricdən idarə olunan qüvvələr Gürcüstan xalqına və onun maraqlarına qarşı yeni təbliğat kampaniyasına başlayıblar. Sosial şəbəkələrdə xüsusi saxta profillər və botlar vasitəsilə gürcülərin rusiyalı turistləri meşədə tək qoyması, restoranda sifariş edilən yeməkləri qəsdən korlaması kimi yalan məlumatlar yayılır, daha sonra isə bu məlumatlar böyük xarici internet saytları və bloqerlər tərəfindən tirajlanır. 

Kaladze xəbərdarlıq edib ki, ölkə iqtisadiyyatına və dövlətə zərər vurmaq məqsədi daşıyan bu fəaliyyətlə bağlı Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti artıq təhqiqata başlayıb. Mer gürcü xalqının qonağı "Tanrı payı" hesab etdiyini və sosial şəbəkələrdəki bu cür iddiaların tamamilə yalan olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31