Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır

Bu gün Horadiz-Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31