Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
06:21 SiyasətYerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
"Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik", - deyə dövlətimizin başçısı qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31