Prezident: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub

Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub.

Olaylar.az  AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31