Ermənistanda yeni Konstitusiya müzakirə olunacaq – ÖZƏL

Ermənistan Milli Məclisinin Dövlət-hüquq məsələləri daimi komissiyasının əsas vəzifələrindən biri yeni Konstitusiya ilə bağlı müzakirələrin təşkili olacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə hakim "Mülki Müqavilə" partiyasından komissiya sədri vəzifəsinə namizəd göstərilən Arusyak Culakyan bildirib. O qeyd edib ki, yeni Konstitusiya xalqın iradəsini əks etdirməli, ictimai etimada söykənməli, insan ləyaqətini əsas dəyər kimi möhkəmləndirməli və dövlət hakimiyyətinin hədlərini dəqiq müəyyən etməlidir. Culakyan, həmçinin məhkəmə müstəqilliyinin gücləndirilməsi, ədalət mühakiməsinin əlçatanlığının artırılması və qanunvericiliyin keyfiyyətinin yüksəldilməsini komissiyanın əsas prioritetləri kimi göstərib və bütün siyasi qüvvələrlə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31