Rusiya Qərbdən hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri tələb edir ÖZƏL

Rusiya Qərbdən ölkənin təhlükəsizliyi ilə bağlı hüquqi cəhətdən məcburi zəmanətlər almaq imkanını mümkün hesab edir. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.
Qaluzinin sözlərinə görə, Ukrayna ətrafındakı vəziyyətin diplomatik yolla həlli mümkündür. O qeyd edib ki, bunun üçün siyasi iradə ilə yanaşı, Rusiyanın qərb sərhədlərində kollektiv Qərbin təcavüzünün təkrarlanmasının qarşısını alacaq konkret və hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri lazımdır.
Rusiya rəsmisi həmçinin Kiyevi Rusiyanın mülki əhalisinə və mülki infrastrukturuna qarşı hücumlarda ittiham edib. Onun sözlərinə görə, Moskva hazırda Ukraynanın beynəlxalq infrastruktura qarşı da hücumlarını nəzərdən keçirməyə məcburdur.
Qaluzin bildirib ki, Kiyev bu addımlarla uzaqgörən olmayan siyasət yürüdür və nəticədə öz vəziyyətini daha da çətinləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31