Hayk Koncoryan: "Ermənistan xalqı sülhü və öz hakimiyyətini müdafiə etdi" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisinin avqustun 3-də keçirilən iclasında vitse-spiker vəzifəsinə hakim "Mülki Müqavilə" partiyasından namizəd olan Hayk Koncoryan bildirib ki, 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində Ermənistan xalqı sülhün, suverenliyin və öz hakimiyyətinin müdafiəsinə qalxıb.

O, 2026-cı il seçkilərinin müstəqil Ermənistan tarixində sülh şəraitində keçirilən ilk ümumxalq seçkisi olduğunu vurğulayıb. Koncoryan əvvəlki (səkkizinci çağırış) parlamentin fəaliyyətini tənqid edərək, onun müharibədən sonrakı siyasi gərginlik və münaqişələr səbəbindən qanunvericilik işinə tam köklənə bilmədiyini və aşağı etimad səviyyəsinə malik olduğunu qeyd edib.

Partiyasına namizədliyinə görə təşəkkür edən deputat, ardıcıl olaraq dörd çağırış parlamentdə təmsil olunan azsaylı millət vəkillərindən biri kimi bu məsuliyyətli vəzifəyə layiq görülməsini yüksək qiymətləndirdiyini bildirib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31