Azərbaycan-Qırğızıstan müttəfiqliyi möhkəm zəmin üzərində qurulub- ÖZƏL

"Azərbaycan və Qırğızıstan dövlət başçılarının imzaladığı "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki ölkə arasında mövcud olan siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcı oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib:

"Azərbaycan və Qırğızıstan Prezidentlərinin mətbuata birgə bəyanatları iki ölkənin münasibətlərinin dünəninə baxış əsasında qarşıdakı mərhələ üçün prioritetlərin müəyyənləşdirilməsi kimi xarakterizə edilir. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik. Bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Səfərin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək. Qırğız Respublikasının Prezidenti Sadır Japarov cənab İlham Əliyevin dost ölkəyə dövlət səfərinin qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcəyinə əminliyini ifadə etdi. Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir.  Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır. İqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsal transformasiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi həm Azərbaycan-Qırğızıstan, həm də Azərbaycan - Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin  məzmununu daha da zənginləşdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31