Ermənistan parlamentində qalmaqal: Müxalifətçi deputat iqtidarı sərt tənqid edib – ÖZƏL
12:21 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın yeni seçilmiş Milli Məclisinin iclasında "Ermənistan" müxalifət blokunun deputatı Aqnesa Xamoyan hakim "Mülki Müqavilə" partiyasını kəskin tənqid edib.
Deputat bildirib ki, hakim partiya hər gün demokratik olduğunu və seçkiləri heç vaxt saxtalaşdırmadığını sübut etməyə çalışır. Xamoyan iqtidar nümayəndələrinin bəyanatlarına cavab olaraq onları "mandat oğruları" adlandırıb: "Siz günün günortası 60 min vətəndaşın səsini oğurladınız. Reallığın üzünə baxmağa çalışın. Sizin demokratiya ilə əlaqəniz, müxalifətçilərə hücum edən qırmızı beretli polislərin diplomatiyası ilə eynidir."
Xamoyan hakimiyyəti yalnız mandatları deyil, həm də mülkiyyəti mənimsəməkdə ittiham edib. O, iş adamı Qagik Tsarukyanın mülklərinə toxunaraq, "Ararat" adını daşıyan hər şeyin (o cümlədən şərab-konyak zavodu və "Araratsement" müəssisəsi) əlindən alındığını vurğulayıb.
Bundan əlavə, müxalifətçi deputat parlament sədrliyinə namizəd Ruben Rubinyanın 1-ci mart hadisələri zamanı atasının həbs olunması ilə bağlı xatirələrinə də reaksiyasız qalmayıb. Xamoyan hakimiyyət nümayəndələrinə müraciət edərək deyib: "Artıq bu nümunəni gətirməyi dayandırın. Siz elə bir hakimiyyətin nümayəndəsiniz ki, sizin təqsiriniz üzündən bir çox gənclər elə həmişəlik 18 yaşında qaldılar."