"Güclü Ermənistan": İqtidar Katolikosun xeyir-duasını almayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Güclü Ermənistan" blokunun deputatı Narek Karapetyan jurnalistlərə açıqlamasında bildirib ki, yeni seçilmiş parlamentin Bütün Ermənilərin Katolikosundan xeyir-dua alması vacib idi. IX çağırış Milli Məclisin ilk iclasına Katolikos II Qaregin dəvət edilmədiyi üçün müxalifətçi deputatlar özləri onun iqamətgahına yollanıblar.

Karapetyanın sözlərinə görə, Katolikosun parlamentdə demək istədiyi fikirləri müxalifət dinləyib. O, həmçinin vurğulayıb ki, tərəfdarlarının bütün imkanlarından istifadə edərək Erməni Həvari Kilsəsini müdafiə edəcəklər, çünki bunun başqa alternativi yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31