Kobaxidze: "ABŞ ilə strateji tərəfdaşlığın bərpasına optimist yanaşırıq" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin ABŞ ilə strateji tərəfdaşlığı bərpa etmək əzmində olduğunu və amerikalı tərəfdaşlarla əlaqələrin davam etdiyini bildirib. O, Gürcüstan tərəfinin qarşı tərəfdən adekvat addımlar gözlədiyini və bu məsələdə səbirli mövqe nümayiş etdirdiyini vurğulayıb.

Eyni zamanda, konqresmen Co Uilsonun bəyanatına toxunan Kobaxidze, xaricdən ölkəyə nifrət və təcavüzün süni şəkildə yeridildiyini iddia edib. Baş nazir əvvəlki ABŞ administrasiyasının və səfirliyinin bu proseslərdə payı olduğunu qeyd edərək, Birləşmiş Ştatlar konqresmeninin çıxışlarını nəzərə almadıqlarını və Gürcüstan cəmiyyətinin inkişafı üçün nifrətlə mübarizəni davam etdirəcəklərini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31