Qisas əməliyyatları Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi- ÖZƏL

"Zəfərə gedən yolda həyata keçirilən Qisas əməliyyatları Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirən mühüm tarixi hadisələrdəndən". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Bu uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti və xalq-ordu birliyi dayanır.

İnanıram ki, Azərbaycan gəncləri dövlətçilik dəyərlərinə daim sadiq qalacaq, Vətənimizin daha da güclənməsi, inkişafı və əldə olunan tarixi Zəfərlərin əbədi qorunması naminə bundan sonra da əzmlə, məsuliyyətlə və böyük fədakarlıqla çalışacaq, milli-mənəvi dəyərlərimizi qoruyaraq Azərbaycanın parlaq gələcəyinə öz layiqli töhfələrini verəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31