Ağ Evdə növbəti brifinq: Jurnalistlərin suallarını Vitse-prezident Cey Di Vens cavablandıracaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin Vitse-prezidenti Cey Di Vens yerli vaxtla saat 13:00-da Ağ Evdə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaq. Prezident Donald Trampın qrafikinə isə qapalı tədbirlər və qanunvericilərlə görüş daxildir. 

Qeyd olunub ki, Ağ Evin mətbuat katibi Karolin Levittin analıq məzuniyyətinə çıxması səbəbindən brifinqlərin aparılması administrasiyanın digər yüksək rütbəli rəsmilərinə həvalə olunur; belə ki, iki həftə əvvəl analoji brifinqi Dövlət katibi Marko Rubio keçirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31