WUF13 Azərbaycanın apardığı quruculuq işlərinin dünyada qəbulunun göstəricisidir- ÖZƏL

"BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilməsi təkcə tədbirə ev sahibliyi deyil. Bu, Azərbaycanın son illərdə formalaşdırdığı siyasi nüfuzun, institusional imkanların və xüsusilə şəhərsalma sahəsində ortaya qoyduğu təcrübənin, postmüharibə dövründə aparılan quruculuq işlərinin beynəlxalq səviyyədə qəbulunun göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini Rafiq Daşdəmirli deyib: "Otuz il ərzində Azərbaycan torpaqları dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların gözü qarşısında xarabalığa çevrilmişdi. Şəhərlər və kəndlər viran edilmiş, tarixi adidələr talan olunmuş və bütün infrastruktur dağıdılmışdı. Lakin müharibədən sonra Azərbaycan öz imkanları hesabına bu ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işlərinə başladı. Bu gün Qarabağ, Şərqi Zəngəzur regionu müasir tikinti və şəhərsalma meydanına çevrilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31