İrakli Kobaxidze: Müxalifətin 26 may aksiyası uğursuzluğa məhkumdur – ÖZƏL
10:09 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətin mayın 26-na planlaşdırdığı aksiyanı kəskin tənqid edərək, onun tamamilə perspektivsiz olduğunu və uğursuzluğa düçar olacağını bildirib.
Baş nazir vurğulayıb ki, 26 may bütün sağlam siyasi və qeyri-siyasi qüvvələr üçün milli birlik və həmrəylik günü olmalıdır. Onun sözlərinə görə, belə əlamətdar bir gündə cəmiyyətə nifaq salmaq cəhdləri gürcü xalqı tərəfindən qəbul edilmir və bu cür təşəbbüslərin əvvəlkilər kimi heç bir uğur qazanmaq şansı yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31