ADY-dən Bakı-Tbilisi-Bakı qatarı ilə bağlı açıqlama

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparılır.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən Gürcüstan Dəmir Yolları ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ilin mart ayında COVID-19 pandemiyası və xüsusi karantin rejimi ilə əlaqədar dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31