Rusiya qonşu ölkələrdə  yaşayan "rus icmalarina"vətəndaşlıq verməyi planlaşdırır- ÖZƏL

"Vladimir Putin "Dnestryanı sakinlərinin Rusiya vətəndaşlığına qəbulu haqqında" yeni fərman imzalayıb. Rusiya separatçı regionlarda yaşayan əhaliyə Rusiya pasportlarının verilməsi siyasətindən əl çəkmir. Daha əvvəl Abxaziya və Cənubi Osetiya bölgələrində yaşayan insanlara Rusiya vətəndaşlığı verilməsi də bu siyasətin tərkib hissəsi olub". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini Məhəmməd Əsədullazadə deyib: "Moldova ərazisində yerləşən Dnestryanı bölgə sakinlərinə belə bir vətəndaşlığın verilməsi Moskvanın regiona təsir və müdaxilə siyasətinin davamıdır . Ümumilikdə, Rusiyanın bu yanaşması qonşu dövlətlər üzərində siyasi təsir imkanlarını genişləndirməyə və gələcək təzyiq mexanizmləri formalaşdırmağa xidmət edir. Növbəti mərhələdə bu tip addımların Qazaxıstan ərazisində yaşayan ruslara və ya digər postsovet ölkələrindəki rus icmalarına münasibətdə də tətbiq olunması mümkündür.
Bu siyasət Rusiyanın qonşu ölkələrlə münasibətlərində etimadsızlığı artırır və həmin dövlətlərdə müdafiə və təhlükəsizlik siyasətinin sərtləşməsinə səbəb olur. 
Qeyd edim ki, Moskvanın oxşar yanaşmanı vaxtilə Qarabağda ermənilərə tətbiq etməyə çalışırdi. Azərbaycan isə vaxtında həyata keçirdiyi siyasi və hərbi addımlarla belə bir ssenarinin qarşısını aldı.
Rusiyanın Rusiyanın Ukraynaya müdaxiləsi zamanı istifadə etdiyi arqumentlər də göstərir ki, xaricdə yaşayan rusdilli əhalinin "müdafiəsi" tez-tez siyasi və geosiyasi alət kimi təqdim olunur. Bu baxımdan, Azərbaycanın ölkə vətəndaşlarına münasibətdə xarici dövlətlərin birtərəfli hüquqi qərarlarının tətbiqini məhdudlaşdıran qanunvericilik mexanizmlərini gücləndirməsi vacibdir.
Rusiya yumşaq güc, pasport siyasəti və informasiya təsiri vasitəsilə qonşu ölkələr üzərində təzyiq imkanlarını artırmağa çalışır. Bu isə regionda təhlükəsizlik balansına və dövlətlərarası münasibətlərə birbaşa təsir göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31