Mamuka Mdinaradze: "Müxalifət 26 mayda heç nəyə nail ola bilməyəcək" – ÖZƏL
13:48 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın Baş nazirinin müavini, Hüquq-mühafizə strukturlarının koordinasiyası üzrə dövlət naziri Mamuka Mdinaradze müxalifətin 26 may - Müstəqillik Gününə planlaşdırdığı irimiqyaslı aksiya barədə danışarkən bildirib ki, dövlət çevrilişinə bənzər hər hansı ssenarinin təkrarlanması qeyri-mümkündür.
Rəsmi məlumatlara çıxışı olduğunu vurğulayan Mdinaradze, 2025-ci il oktyabrın 4-də baş verən hadisələrin qarşısının hüquq-mühafizə orqanları tərəfindən uğurla alındığını, qiyamçıların neytrallaşdırıldığını və analoji planların bu dəfə baş tutmayacağını qeyd edib.
Müxalifət daxilindəki parçalanmaya da toxunan vitse-premyer, onların yeganə hədəfinin xarici tapşırıqları yerinə yetirmək və hakimiyyəti ələ keçirmək olduğunu, ortada heç bir ideoloji birliyin olmadığını diqqətə çatdırıb.
Qeyd edək ki, Gürcüstan müxalifəti mayın 26-da Tbilisi Dövlət Universitetindən parlament binasına doğru böyük etiraz yürüşü keçirməyi planlaşdırır.