Si Cinpin və Vladimir Putin regional və qlobal məsələləri müzakirə edəcəklər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin Xalq Respublikasının Sədrinin rəsmi nümayəndəsi Qo Szyakun keçirdiyi brifinqdə bildirib ki, Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinin Çinə gözlənilən səfəri çərçivəsində onunla qarşılıqlı maraq doğuran qlobal və regional məsələləri müzakirə edəcək. 

Diplomatın sözlərinə görə, rəsmi görüş zamanı iki dövlətin başçıları müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də beynəlxalq gündəlikdə duran aktual problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31