Piter Deon Anderson: Bakıya ideya mübadiləsi aparmaq və digər ölkələrin təcrübəsindən yararlanmaq üçün gəlmişik
12:59 SiyasətBiz burada ideya mübadiləsi aparmaq və digər ölkələrin təcrübəsindən yararlanmaq üçün iştirak edirik. Ümid edirik ki, gələcəkdə şəhərlərin inkişafı və vətəndaşlara dəstək üçün maliyyə mexanizmləri formalaşacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Esvatinidən olan Piter Deon Anderson deyib. O, bildirib ki, forum ölkələrin dayanıqlı şəhərlərin inkişafı istiqamətində təcrübə mübadiləsi aparması baxımından mühüm platformadır.
Peter Deon Anderson vurğulayıb ki, dayanıqlı şəhərlərin qurulması üçün maliyyə resursları əsas amillərdən biridir: "Bütün şəhərlərin dayanıqlı olması üçün maliyyələşmə çox vacibdir"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31