“Proyapı” şirkətinin rəsmisi: Azərbaycan COP29-dan sonra WUF13-ə də uğurla ev sahibliyi edir
12:38 SiyasətTəxminən 20 ildir Azərbaycanda infrastruktur layihələri sahəsində fəaliyyət göstəririk. Bu gün COP29-dan sonra Azərbaycanın Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasını böyük uğurla təşkil etdiyini görürəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiysında (WUF13) iştirak edən Türkiyənin "Proyapı" mühəndislik şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen deyib.
O, təxminən 40 minə yaxın iştirakçının forumda iştirak etdiyini bildirib: "Bu forumda əsas müzakirə mövzuları sırasında ağıllı mobillik sistemləri yer alır. Son dövrlərdə Azərbaycanda metro, tramvay, avtobus və parklanma sistemlərinin birgə idarə olunması məsələləri geniş şəkildə gündəmdədir.
Bundan əlavə, hər bir vətəndaşın mənzilə rahat çıxış imkanlarının təmin olunması ilə bağlı fəaliyyətlər də müzakirə ediləcək".