Nepallı ekspert: Aztəminatlı ailələrin mənzil təminatı sahəsində maliyyə çatışmazlığı var

Dünyada şəhərsalma ilə bağlı çətinliklər arasında daha qabarıq şəkildə görünən mənzil təminatı ilə bağlı məsələlərin həll edilməsi üçün lazım olan siyasi iradənin olmamasıdır.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Nepalın Katmandu şəhərində yerləşən "Lumanti" sığınacaqlarla bağlı dəstək qrupunun təsisçisi və icraçı direktoru, məzil hüququ üzrə ekspert Lajana Manandhar deyib.

O bildirib ki, bu sahədə keyfiyyətli idarəemətnin zəif olması və aztəminatlı alilərin mənzil təminatını yaxşılaşdırmaqla bağlı proqramların icrası üçün tələb olunan maliyyənin ayrılmaması ilə bağlı məsələlər açıq olaraq qalır.

"Buna görə də hökumətlər vətəndaş cəmiyyətləri ilə, o cümlədən bütün maraqlı tərəflərlə birlikdə konsultasiyalar təşkil edərək bu məsələləri müzakirə etməli və həll yollarını tapmalıdırlar",- deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31