WUF13 assambleyaları lobal şəhər gündəliyi üçün yüksək standart müəyyənləşdirib - Anna Soave
12:08 SiyasətÜmumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) assambleyaları qlobal şəhər gündəliyi üçün yüksək standart müəyyən edib.
Trend xəbər verir ki, bunu WUF13 çərçivəsində assambleyaların birgə bağlanışı zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Anna Soave deyib.
"Dünən keçirilən assambleyalar maraqlı tərəflər qrupları arasında aylarla davam edən intensiv müzakirələrin, debatların və məsləhətləşmələrin kulminasiya nöqtəsi oldu. Biz onlara lazımi qiyməti verməliyik. Həm maraqlı tərəflər qruplarını, həm də UN-Habitat-ı bu dinamikanı qorumağa və nəticələrdən əməli fəaliyyətə keçməyə çağırıram. Assambleyalar hamımız üçün çox yüksək standart müəyyən edib", - deyə o bildirib.
Soave qadınları, uşaqları və gəncləri, biznes və özəl sektoru, Yerli və Regional Hakimiyyətlərin Ümumdünya Assambleyası, ictimai və vətəndaş təşkilatları daxil olmaqla bütün qrupları dünən və bu gün səhər çıxışlarda səsləndirilən mövzulara uyğun tədbirlərdə iştirak etməyə çağırıb