Bakı və WUF13 bizdə çox xoş təəssürat yaratdı - Qırğızıstan nümayəndəsi
12:05 SiyasətForum çox yaxşı təşkil olunub. Şəhəri tam gəzməyə vaxtımız olmasa da, İçərişəhərin bir hissəsini görməyə imkan tapdıq. Çox bəyəndik, çox gözəldir.
Bunu WUF13 çərçivəsində "Urban Expo" sərgisinin açılışı mərasimində Trend-ə açıqlamasında Qırğızıstan nümayəndəsi Alın Muratov deyib.
O bildirib ki, Bakıda qədimi binalar çox yaxşı qorunub saxlanılıb.
"Ümumilikdə hər şey çox gözəldir. Axşam Bakı xüsusilə çox xoşumuza gəldi. Həmçinin yeməklər də çox dadlı idi. Biz demək olar ki, hər şeydən yemişik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31