İşğaldan azad edilmiş ərazilərdə görülən işlər avropalıları heyran edib- ÖZƏL

"Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətinin Füzuli, Şuşa, Xankəndi və Ağdamın Baş Qərvənd kəndinə səfəri zamanı qonaqlar şahidi olduqları iki mənzərədən - birincisi, işğal illərində Ermənistanın törətdiyi vəhşiliklərdən, dağıntılardan, ikincisi, ərazilərini azad etdikdən sonra Azərbaycanın həyata keçirdiyi sürətli quruculuq işlərindən və yüksək mədəniyyətindən düşdükləri heyrəti gizlədə bilmirdilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Füzulidən Şuşaya gedərkən xarabalıqları görən qonaqlardan biri dedi ki, insan bu vəhşilikləri necə törədə bilər?  Anaları onlara necə tərbiyə verib?  Hansı ana övladına belə tərbiyəni verə bilər?
      Tunellərin neçə ilə tikildiyini soruşdu.  2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğalçılardan azad edildikdən altı gün sonra cənab Prezidentimiz İlham Əliyevin Füzuli-Şuşa yolunun təməlini qoyduğu və 2025-ci il iyulun 3-də açdığı cavabını aldıqda təəccüblə dedi ki, Avropada belə tunelləri heç 20 ilə də inşa edə bilmirlər.
    Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin korpusunun 7 aya tikildiyini eşidəndə yenə də təəccüblə söylədilər ki, Avropa ölkələrində belə işlər üçün illər sərf edilir. 
      Qeyd etdiyim bir neçə misal cənab Prezidentimizin rəhbərliyi altında qazanılmış zəfərin əhəmiyyətinin miqyasının nə qədər geniş, təsirinin isə necə böyük və görülən işlərin nəhəng olduğunu digərləri kimi, bir sıra avropalıların da etiraf etdiyini göstərir. 
        İşğaldan azad edilmiş ərazilərdə heç bir xarici dövlətin və beynəlxalq təşkilatın maliyyə yardımları olmadan, yalnız dövlət büdcəmizin hesabına xəyallara gəlməyən tikinti-quruculuq işlərinin aparılması, keçmiş məcburi köçkün qardaş-bacılarımızın dədə-baba torpaqlarında evlərə, mənzillərə köçrürlməsi ölkəmizdə maliyyə-iqtisadi siyasətin düzgün qurulduğunu, hər bir məsələnin planlı şəkildə görüldüyünü təsdiq edir. Qədrini hamımızın, xüsusən gənclərimizin bilməsində fayda vardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31