ABŞ senatoru: “İranla Hörmüz boğazı üzrə razılaşma mümkün deyil”- ÖZƏL
18 May 10:52 SiyasətABŞ-ın Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsey Qraham bildirib ki, Vaşinqtonun İranla Hörmüz boğazı ilə bağlı razılıq əldə etmək cəhdləri nəticəsiz qalacaq. Olaylar.az xəbər verir ki, bu barədə o, NBC News telekanalına müsahibəsində danışıb.
Senatorun sözlərinə görə, Hörmüz boğazının bağlı qalması və ABŞ-ın Tehranla "heç vaxt baş tutmayacaq" bir razılaşma əldə etməyə çalışması İranın mövqelərini daha da gücləndirir. O hesab edir ki, hazırkı İran rəhbərliyi əvvəlkilərdən fərqlənmir və Vaşinqton Tehranın zəiflədilməsi məqsədilə hərbi əməliyyatları davam etdirməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31