Lukaşenko: Belarusun aldığı humanitar yardımın üçdə ikisi ABŞ-nin payına düşür – ÖZƏL
12:29 SiyasətBelarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin aldığı humanitar yardımın böyük hissəsinin ABŞ tərəfindən göstərildiyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, Lukaşenko bu barədə Evangelist Billy Graham Assosiasiyasının rəhbəri Franklin Qrem ilə görüşü zamanı danışıb.
Belarus lideri bildirib ki, ölkəyə daxil olan bütün humanitar yardımın üçdə ikisi ABŞ-nin payına düşür. O qeyd edib ki, sanksiyalarla bağlı açıqlamalara baxmayaraq, amerikalılar humanitar sahədə Belarus xalqına dəstək göstərməyə davam edirlər.
"ABŞ-dən gələn humanitar yardımın içində sizin də payınız var. Buna görə təşəkkür edirəm", - deyə Lukaşenko vurğulayıb.
Belarus prezidenti həmçinin Franklin Qremə belarus xalqına göstərdiyi dəstəyə və yardıma görə minnətdarlığını ifadə edib.