Volodin: Paşinyanın Aİ-yə yaxınlaşması Ermənistanda parçalanmaya səbəb olur ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı ilə yaxınlaşma siyasətinin ölkədə cəmiyyəti parçalaya biləcəyini bildirib.

Volodin qeyd edib ki, bu proses Ermənistan üçün "ən böyük itkiyə - milli birliyin itirilməsinə" gətirib çıxara bilər. O, vəziyyəti 2014-cü ildə Ukraynada baş verən hadisələrlə müqayisə edib, həmçinin Baltikyanı ölkələrin Aİ-yə inteqrasiyasını nümunə göstərərək onların bundan sonra daha xoşbəxt olmadığını vurğulayıb.

Rusiya rəsmisinin sözlərinə görə, 2025-ci ildə Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi 45,4 faiz azalıb və bu mənfi tendensiya davam edir. O bildirib ki, Rusiyadan Ermənistanda fəaliyyət göstərən bəzi sahibkarlar bizneslərini bağlayaraq ölkəni tərk edirlər.

Volodin həmçinin iddia edib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması ölkəyə ÜDM-in 15-20 faizi həcmində, yəni ən azı 5 milyard dollar zərər vura bilər. Onun fikrincə, ölkədə Qərb liberal dəyərlərinin təşviqi və kilsəyə qarşı təzyiqlər də müşahidə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31