İran: Hörmüz boğazındakı vəziyyətin məsuliyyəti müharibəni başlayanların üzərinə düşür – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi və səfiri Əmir-Səid İrəvani BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) xüsusi sessiyasında bildirib ki, Hörmüz boğazındakı gərginlik və onun qlobal iqtisadi nəticələrinə görə məsuliyyət İrana qarşı müharibə başladan ölkələrin və onların regional tərəfdaşlarının üzərinə düşür.

Diplomat qeyd edib ki, İran son bir ildə iki dəfə beynəlxalq hüquqa zidd hücumlara məruz qalıb. Onun sözlərinə görə, bu hücumlar nəticəsində minlərlə mülki şəxs həlak olub, enerji və mülki infrastruktur ciddi dağıntılara məruz qalıb.

İrəvani vurğulayıb ki, İsrail və ABŞ-nin hərbi addımları regionda gərginliyi artırıb, İranın neft və qaz obyektlərinə hücumlar isə qlobal enerji və ərzaq təchizatına mənfi təsir göstərib. O, həmçinin ABŞ sanksiyalarının və dəniz blokadasının dünya bazarlarında qeyri-sabitliyi gücləndirdiyini deyib.

Səfir əlavə edib ki, İran Hörmüz boğazında sabitliyin bərpası üçün əməkdaşlığa hazırdır, lakin bunun üçün hərbi eskalasiya və blokada dayandırılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31