Paşinyanın geosiyasi seçimi: Ermənistan daxili parçalanma və Rusiya təzyiqi qarşısında – ÖZƏL

2023-cü ildə Azərbaycan qarşısında aldığı məğlubiyyətdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ənənəvi müttəfiqi olan Rusiyadan uzaqlaşaraq Qərbə inteqrasiya və Bakı ilə sülh müqaviləsi istiqamətində addımlar atır. 

Olaylar.az xəbər verir ki, lakin "The Economist" nəşrinin təhlilinə görə, bu kurs ölkə daxilində ciddi narazılıqlarla müşayiət olunur. İrəvan küçələri müharibə uğursuzluqlarını xatırladan əsgər fotoları ilə doludur, müxalif dairələr isə Paşinyanı ölkəni "geosiyasi oyunların meydanına" çevirməkdə ittiham edirlər.
Ermənistan daxilində revanşist meyillər və Qarabağdan köçən ermənilərin etirazları fonunda millətçi siyasətçilər, xüsusilə rusiyalı milyarder Samvel Karapetyan kimi fiqurlar hökuməti Azərbaycanın şərtlərini qəbul etməkdə və Rusiya ilə süni münaqişə yaratmaqda günahlandırır. Analitik Tomas de Vaal isə Paşinyanın idarəçilik üslubunu tənqid edərək, onun cəmiyyətlə dialoqdan çox monoloji ünsiyyətə üstünlük verdiyini qeyd edir.

Bütün bunlarla yanaşı, Kremlin Ermənistan üzərindəki iqtisadi və hərbi rıçaqları hələ də güclüdür. Ermənistanın qaz təchizatının 85%-nə nəzarət edən və mühüm infrastruktur obyektlərinə sahib olan Rusiya, artıq iqtisadi təzyiq vasitələrini (məsələn, Ermənistan məhsullarına qadağalar) işə salıb. Ekspertlərin fikrincə, Moskvanın bu cür sərt taktiki addımları Ermənistan cəmiyyətində keçmiş hamisinə qarşı inamsızlığı daha da dərinləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31