Almaniya Kansleri Fridrix Merz: “Tramp ilə mübahisə etməyin mənası yoxdur” ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya Kansleri Fridrix Merz İspaniyanın "ABC" qəzetinə verdiyi müsahibədə ABŞ Prezidenti Donald Tramp ilə ünsiyyət taktikası barədə maraqlı açıqlamalar verib. 

Merz, Tramp ilə mübahisəyə girməyin səmərəsiz olduğunu bildirərək, onunla qarşıdurmaya gedənlərin uğursuzluğa düçar olduğunu vurğulayıb. Bu məqamda o, 2025-ci ilin fevralında Trampın sərt tənqidləri fonunda Ağ Evi vaxtından əvvəl tərk etməli olan Volodimir Zelenskini nümunə göstərib. Həmsöhbətlərinə uyğunlaşmağa çalışdığını deyən kanslerlə Ağ Ev rəhbəri arasındakı münasibətlər, xüsusilə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra kəskinləşmişdi. Tramp Merzin fəaliyyətini "biabırçı" adlandırsa da, Almaniya lideri gərginliyi azaltmaq üçün təmkinli davranmağa üstünlük verdiyini nümayiş etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31