BƏƏ Səudiyyə Ərəbistanı və Qətəri İrana qarşı birgə hərbi addımlara cəlb etməyə çalışıb- ÖZƏL
14:32 SiyasətBirləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səudiyyə Ərəbistanı və Qətəri İrana qarşı koordinasiyalı hərbi əməliyyatlarda iştirak etməyə razı salmağa çalışsa da, bu təşəbbüs tərəfdaş ölkələr tərəfindən dəstəklənməyib. Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ və İsrailin fevralın sonunda İrana endirdiyi zərbələrdən sonra BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan region liderləri ilə, o cümlədən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud ilə bir sıra telefon danışıqları aparıb. Bildirilir ki, Əbu-Dabi İranın qarşısını almaq üçün kollektiv cavab tədbirlərinin vacibliyini vurğulayıb.
Lakin Körfəz ölkələri bu qarşıdurmanı öz müharibələri hesab etmədiklərini bildirərək hərbi koordinasiya təşəbbüsünə qoşulmayıblar. Mənbələrin sözlərinə görə, yaranan fikir ayrılıqları fonunda BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərdə gərginlik artıb.