AŞPA Ermənistan Kilsəsinin siyasətə cəlb olunmasından narahatdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı nümayəndə heyəti mayın 11-12-də İrəvana səfərinin yekunlarına dair mayın 13-də yaydığı aralıq bəyanatda Ermənistan Apostol Kilsəsinin siyasətə "misilsiz səviyyədə cəlb olunması" ilə bağlı narahatlığını ifadə edib.

Bu barədə erməni hüquq müdafiəçisi və vəkil Ruben Melikyan sosial şəbəkə hesabında paylaşım edib.

Melikyan bildirib ki, AŞPA-nın narahatlığı bəzi din xadimlərinin hakim "Vətəndaş Müqaviləsi" partiyasına açıq dəstək verməsi ilə bağlıdır. Onun sözlərinə görə, bir sıra yepiskop və keşişlər dini fəaliyyət əvəzinə siyasi təbliğata qoşulublar.

Hüquq müdafiəçisi AŞPA-nı gələcəkdə kilsənin siyasətə cəlb edilməsinə görə hakimiyyəti daha konkret şəkildə tənqid etməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31