Azərbaycan öz inkişaf modelini beynəlxalq ictimaiyyətə uğurla  təqdim edir- ÖZƏL

"Bu gün  Azərbaycan öz inkişaf modelini beynəlxalq ictimaiyyətə uğurla  təqdim edir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinin forum çərçivəsində təqdim olunması mühüm siyasi mesaj daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Azərbaycan bu platformada təkcə dağıdılmış ərazilərin bərpasını deyil, həm də "ağıllı şəhər", "ağıllı kənd", yaşıl enerji və ekoloji urbanizasiya modelini nümayiş etdirəcək. Bu isə postmünaqişə dövründə Azərbaycanın region üçün yeni inkişaf konsepsiyası formalaşdırdığını göstərir.
Əslində Qarabağda həyata keçirilən quruculuq prosesi artıq sırf daxili layihə deyil, beynəlxalq urbanizasiya nümunəsinə çevrilməkdədir. Otuz il ərzində dağıdılmış ərazilərdə qısa müddətdə müasir şəhər infrastrukturunun yaradılması dövlət idarəçiliyinin effektivliyini və siyasi iradənin gücünü nümayiş etdirir. Forum iştirakçılarının bu layihələrlə yaxından tanış olması Azərbaycanın postmüharibə reallıqlarını beynəlxalq auditoriyaya birbaşa çatdırmaq baxımından da mühüm əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31