Deputatlarımız İspaniyaya səfər edəcəklər
10:33 SiyasətMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, üzvləri Gülşən Paşayeva, Qaya Məmmədov və Zaur Şükürov mayın 17-də İspaniya Krallığının Madrid şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfər çərçivəsində parlamentlərarası əlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.
Səfər mayın 22-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31