Çin XİN: ABŞ və İran regional sabitlik üçün dialoqa qayıtmalıdır – ÖZƏL
10:17 SiyasətOlaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi mayın 15-də yaydığı bəyanatda ABŞ və İranı Yaxın Şərqdəki gərginliyi aradan qaldırmaq üçün tez bir zamanda ortaq məxrəcə gəlməyə çağırıb.
Rəsmi Pekin qeyd edib ki, bu münaqişənin həlli həm hər iki dövlətin, həm də dünya birliyinin maraqlarına xidmət edir.
Bəyanatda vurğulanır ki, hərbi güc tətbiqi müsbət nəticə vermir və böhrandan yeganə çıxış yolu diplomatik danışıqlardır. Çin tərəfi həmçinin qlobal tədarük zəncirinin sabitliyini qorumaq üçün dəniz yollarının təhlükəsizliyinin təcili bərpa olunmasının vacibliyini diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31