Səfir: Azərbaycan Aİ üçün vacib və etibarlı enerji tərəfdaşına çevrilib
19:54 Siyasət"2026-cı il Azərbaycanla tərəfdaşlığımızın 30 iliyini qeyd etdiyimiz üçün xüsusilə vacibdir".
Olaylar.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunçiç bu gün Bakıda Avropa Günü münasibətilə keçirilən tədbirdə deyib.
Səfir iki tərəf arasındakı münasibətlərin tarixi əhəmiyyətini vurğulayıb:
"Otuz il əvvəl biz etimada, sabitlik və ortaq tərəqqiyə əsaslanan tərəfdaşlığa qədəm qoyduq".
M.Kuyunçiç Azərbaycanın Avropa üçün əsas iqtisadi tərəfdaşlardan biri olduğunu diqqətə çatdırıb:
"İllər ərzində Azərbaycan Aİ üçün vacib və etibarlı enerji tərəfdaşına çevrilib, biz də ticarət sahəsində Azərbaycanın ən böyük tərəfdaşı və investoru olmaqdan qürur duyuruq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31