Mariyana Kuyunçiç: Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi vacib hesab edir

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sabitliyi və inkişafı vacib hesab edir.

Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nın Azərbaycandakı səfiri Mariyana Kuyunçiç bu gün Bakıda Avropa Günü münasibətilə keçirilən tədbirdə deyib.

O bildirib ki, Avropanı qorumaq həm də sərhədlərdən kənarda sülh, sabitlik və beynəlxalq hüququ dəstəkləmək deməkdir:

"Məhz buna görə də Aİ təhlükəsizliyimiz baxımından Cənubi Qafqazda sabitliyi və onun çiçəklənməsini vacib hesab edir. Hər iki tərəfin gələcəyi bir-birinə bağlıdır".

M.Kuyunçiç vurğulayıb ki, Avropa İttifaqı regionda regional layihələrin icrasını fəal şəkildə maliyyələşdirməkdə davam edir:

"Biz Azərbaycan və Ermənistan arasındakı sülh prosesini, o cümlədən nəqliyyat infrastrukturunun inkişafı və minaların təmizlənməsi təşəbbüsləri vasitəsilə də dəstəkləməyə davam edəcəyik ki, bu sahələrdə də Aİ artıq ən böyük donordur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31