Azərbaycan Qlobal Cənub təşəbbüsləri üçün möhkəm zəmin yaradıb - UN-Habitat
19:00 SiyasətAzərbaycan çoxtərəfli əməkdaşlığın təşviqi və Qoşulmama Hərəkatına sədrliyi sayəsində Qlobal Cənub təşəbbüsləri üçün möhkəm zəmin yaradıb.
Olaylar.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat- Qana) rəhbər orqanlarının sabiq katibi və hökumətlərarası əlaqələr şöbəsinin rəhbəri Kristian Mensa "Bakı Şəhərsalma həftəsi" çərçivəsində keçirilən Qlobal Cənub QHT Platformasının I Baş Assambleyasında çıxışı zamanı deyib.
"Azərbaycanın çoxtərəfli əməkdaşlığın təşviqində liderliyi, o cümlədən Qoşulmama Hərəkatına sədrliyi Qlobal Cənub QHT Platforması kimi təşəbbüslər üçün möhkəm zəmin yaradıb", - deyə o bildirib.
Mensa həmçinin inklüziv beynəlxalq dialoqun təşviqi məqsədilə vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gətirilməsinin vacibliyini vurğulayıb.