Azərbaycanda emal edilməmiş almazlarla bağlı yeni qaydalar təsdiqləndi

Nazirlər Kabineti emal edilməmiş almazların dövriyyəsi ilə bağlı qərar qəbul edib.

Olaylar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu, saxlanılması və izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları təsdiqlənib.

Eyni zamanda, emal edilməmiş almazların ixracı zamanı "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları da müəyyən olunub.

Sənəd "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Qanunda edilmiş dəyişikliklərin tətbiqi məqsədilə hazırlanıb.

Qərarda qeyd olunub ki, sənəd Azərbaycan Respublikasının "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulduğu gündən qüvvəyə minəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31