Bəzi tibb işçilərinin maaşına əlavənin müddəti uzadıldı

COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb.Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına iyulun 1-dək əlavə veriləcək.

Daha əvvəl bu müddət aprelin 1-dək müəyyən edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31