Azərbaycanda iki yeni institut yaradıldı

Elm və Təhsil Nazirliyinin tabeliyində yeni elmi müəssisələr yaradılıb.Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik publik hüquqi şəxs statuslu aşağıdakı elmi müəssisələr yaradılıb:

Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu;

Tətbiqi Elmlər İnstitutu.

Yeni yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Nazirlər Kabinetinə publik hüquqi şəxslərin yenidən təşkili və ləğv edilməsi;

Elm və Təhsil Nazirliyinə yuxarıdakı abzasda qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Qanunla publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

Elm və Təhsil Nazirliyi yeni yaradılan publik hüquqi şəxslərin nizamnamələrini iki ay müddətində təsdiq etməlidir.

Nazirlik publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunla müəyyən edilmiş qaydada tədbirlər görməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31